İdman

Komanda yoldaşları futbolçunu döymək istədilər - VİDEO

22 Avqust 2017 12:18
1 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Rumıniya çempionatının VII turunda qeyri-adi hadisə yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Buxarestin "Yuventus" və "Styaua" komandaları arasında keçirilmiş matçın uzatma dəqiqələrində "Yuventus"un oyunçuları George Kalintaru və Valentin Barbulesku bir-biri ilə dalaşıb.

Buna Kalintarunun 90+6-cı dəqiqədə "Styaua"nın qapısına təyin olunmuş penaltini Panenka üslubunda vurma cəhdi səbəb olub. Həmin zərbəni rəqib qapıçı Florin Nitse asanlıqla tutub. Nəticədə "Yuventus" 1:2 hesabı ilə uduzub. Bundan sonra Barbulesku Kalintaruya iradlar bildirərək, onu itələyib.

Qeyd edək ki, "Yuventus" Rumıniya çempionatında 7 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Panenka penalti

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.