İdman

Mundialda Azərbaycanı təmsil edəcək cüdoçularla görüş - VİDEO

22 Avqust 2017 11:28
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası da bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq. 

Azərbaycan Cüdo Federasiyasında dünya çempionatında ölkəmizin idman şərəfini qoruyacaq cüdoçular və məşqçilərlə görüş keçirilib. Görüşdə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempionatla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər.

Cüdoçularımız yaradılan şəraitə görə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən bu etimadı dünya çempionatında da doğrulacaqlarına inandıqlarını qeyd ediblər. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov milli komandamızın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlığa görə öz minnətdarlığını bildirib və bu uğurların davamı üçün federasiya tərəfindən daim qayğı göstəriləcəyini idmançıların diqqətinə çatdırıb.

"Cüdo TV"nin bu görüşdən hazırladığı videomaterialı sizə təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mundialda Azərbaycanı təmsil edəcək cüdoçularla görüş

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.