İdman

Azərbaycan çempionu avrokubok üçün Mingəçeviri seçdi

21 Avqust 2017 20:12
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan çempionu "Nur"un EHF kubokunun I təsnifat mərhələsində oyunlarının keçirilmə günü və başlama saatı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qadın həndbolçulardan ibarət Mingəçevir təmsilçisi hər 2 görüşünə doğma şəhərdə çıxacaq. 

Bu, İsveçin "Lugi" klubu ilə qarşılıqlı razılıq əsasında rəsmiləşib. Oyunlar "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Sentyabrın 16-da baş tutacaq ilk görüşdə "Nur", 1 gün sonra olacaq cavab qarşılaşmasında rəqib ev sahibi sayılacaq.

Hər 2 matç saat 17:00-da start götürəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.