İdman

"Kopenhagen" - "Qarabağ" oyununa ispan hakimlər

21 Avqust 2017 13:28
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Kopenhagen" - "Qarabağ" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçı İspaniya Futbol Federasiyasından Alberto Undiano Malyenko idarə edəcək. Ona Roberto Alonso Raul Kabanero köməklik edəcək. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilla yerinə yetirəcək.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.