İdman

Andres İnyesta "Barselona"nı tərk etmək istəyir

21 Avqust 2017 12:50
2 Şərh     Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya milli komandasının futbolçusu Andres İnyesta mövsümün sonunda "Barselona" klubunu tərk edə bilər. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü "El Pais"ə açıqlamasında bildirib.

Kapitan son zamanlar əvvəllər üzləşmədiyi hallarla qarşılaşmalı olub: "Hələ də klubumla müqaviləmi uzatmamışam. Mənə tanış olmayan hissləri keçirirəm. Amma fikrimcə, bu, normaldır. İndiki ssenarini 3 il əvvəl təsəvvür belə edə bilməzdim. Artıq "Barsa"dan getməyi planlaşdırıram. Amma əvvəllər bunu etməzdim".

Qeyd edək ki, Andres İnyestanın hazırkı müqaviləsi 2018-ci yayınadək qüvvədədir. .

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.