İdman

"Qarabağ": Tiki-takayla xəyalət şəhərdən Çempionlar Liqasına" - FOTO

21 Avqust 2017 13:01
0 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 3 ildə Avropa Liqasının qrup mərhələsində iştirak edən, bu il isə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqənin bir addımlığında olan Azərbaycan çempionu "Qarabağ" Macarıstan mətbuatının diqqətini cəlb edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Origo.hu" saytı Ağdam təmsilçisi barədə yazı hazırlayıb. "Qarabağ": Tiki-takayla xəyalət şəhərdən Çempionlar Liqasına" başlıqlı məqalədə "köhlən atlar"ın son illərdə qazandığı uğurlardan, sərgilədiyi oyundan bəhs edilib. Yazıda klubun ermənilər tərəfindən işğal edilən və hazırda xarabalığa çevrilmiş Ağdam şəhərini təmsil etdiyi, vaxtilə bu komandanın baş məşqçisi olmuş Allahverdi Bağırovun isə məhz Qarabağ uğrunda döyüşlərdə həlak olduğu da vurğulanıb.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə Danimarkanın "Kobenhavn" komandasını 1:0 hesabıyla məğlub edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.