İdman

Bunu heç bir məşqçi istəməz - Şahin Diniyev

21 Avqust 2017 12:02
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Zirə"yə böyük hesabla (0:3) uduzan "Kəpəz"in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Diniyev komandasının oyununun alınmamasına səbəb kimi meydançanın vəziyyətinin yaxşı olmamasını göstərib:

"Belə oyundan sonra nəsə demək çətindi. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət vardı, nə də ki, top saxlama var idi. Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. "Zirə" bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldu, irəli baxmaq lazımdı. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.