İdman

Konte Moratadan danışdı

21 Avqust 2017 06:30
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nın baş məşqçisi Antonio Konte klubun hücumçusu Alvaro Morata haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəssis, seçiminin futbolçuların transfer qiymətindən asılı olmadığını bildirib: "Bəlkə, mövcud bazar şərtlərində, Morat üçün 56 milyon yaxşı qiymətdir. Ötən mövsüm Benzema ilə rəqabət səbəbiylə "Real Madrid"də müntəzəm olaraq oynamaq imkanı qazanmadı. Belə hallarda oyunçular bəzən fiziki formalarını itirirlər. Onlara güclərini bərpa etmək üçün vaxt lazımdır. Biz Moratanın "Çelsi"də mütəmadi əsas heyətdə oynamasını istəyirik. O "Stemford bric"in ulduzu olacaq. Bir futbolçu üçün çox pul ödəyib, onu ehtiyat oyunçu skamyasında əyləşdirmək olar. Səbəb onun oynamağa hazır olmaması ola bilər. Bu halda ən yaxşısı futbolçunun ideal formasını gözləməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.