İdman

"Qarabağ”la oyuna tələsik başlamamalıyıq, əks halda…"

20 Avqust 2017 13:08
0 Şərh     Baxış: 1 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu səviyyəni qorumalıyıq. Matça düzgün konsentrasiya bizi qələbəyə apardı.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Steyl Solbakken bildirib. 

Danimarka Super Liqasının növbəti oyununda- VI turda evdə "Senderyuske" üzərində 3:2 hesablı qələbədən sonra fikirlərini açıqlayan norveçli mütəxəssis çempionumuzla avqsutun 23-də keçiriləcək cavab matçı haqda da söz açıb: ""Qarabağ"a qarşı matça da düzgün başlayıb onların fərqlənməsinə imkan verməməliyik. Çempionat oyununda 3 qol vurduq və bu yaxşıdır. Amma "Qarabağ" bugünkü rəqibdən fərqli Avropada çox güclü təcrübəyə malik komandadır. Necə oynamağı yaxşı bilirlər. Bu komanda cinahlarda son dərəcə sürətli oyunçulara malikdir. Biz həmin oyuna tələsik başlamamalıyıq. Balansı qorumalıyıq. Əks halda hər şey bitəcək. Əgər əlavə vaxt olsa, güclü olacağıq. Çünki çox önəmli matçdır. Səfərdə, sadəcə, 0:1 uduzmuşuq. Fürsətimiz var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.