İdman

Qrizmannı Ronaldunun aqibəti gözləyir

20 Avqust 2017 12:52
0 Şərh     Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun hücumçusu Antonio Qrizmann İspaniya La Liqasının "Girona" ilə açılış oyununda (2-2) yaşananlara görə ağır cəzalana bilər.
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçın 67-ci dəqiqəsində oyunun baş hakimi Xuan Martinez Munuera simulyasiyaya görə fransalıya sarı kart göstərmək istəyib. Qrizmann isə onu təhqir etdikdə hakim qırmızı kart göstərməli olub.
Hakim oyundan sonra protokolda Qrizmannın ona qarşı təhqiredici ifadə işlətdiyini, matçdan sonra üzr istəmək üçün ona yaxınlaşdığını qeyd edib.
 
İspaniya çempionatının İntizam Məcəlləsinə əsasən, hakimə hörmətsizlik edən futbolçunu 2-3 oyunluq diskvalifikasiya gözləyir. Həmçinin bir təhqirə görə oyunçunun cəzası 4-12 oyunluq ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu da eyni aqibətlə üzləşib. Ona göstərilən qırmızı vərəqəyə görə hakimi itələməsi 5 oyunluq cəza alması ilə nəticələnmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.