İdman

Rahid Əmirquliyev: "Yalnız bu barədə düşünürük"

20 Avqust 2017 11:25
0 Şərh     Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının II turunda "İnter"i məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev sualları cavablandırıb.

- Çətin qələbə oldu. Matçı necə xarakterizə edərdiniz?

- Çətin olacağını bilirdik. "İnter" ötən mövsümdə də yaxşı oyun nümayiş etdimişdi. Bu il də heyətlərini qorumağı bacardılar. Ona görə də, ağır duelin olacağı görünürdü.

- "İnter" ən çətin vaxtlarını yaşayır. Son 4 ilin çempionu yarımcan rəqibini niyə belə çətinliklə yendi?

- "İnter"in əziyyət çəkdiyini deməzdim. Yalnız Rauf Əliyev gedib. Nizami Hacıyev zədəlidi. Bizdə də zədəli futbolçular var. Ona görə də, çətin duelin alınması normaldı.

- Qarşıdan ağır oyunlar gəlir. "Kopenhagen", ardınca da "Qəbələ" ilə gücünüzü sınayacaqsınız...

- "Kopenhagen"in güclü rəqib olduğunu burdakı matçda da gördünüz. Ciddi hazırlaşırıq. Bakıda 1:0 hesabı ilə qalib gəlsək də, səfərdə işimizin çətin olacağını bilirik. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə dönək.

- Məğlub olsanız, Avropa Liqasının qrup mərhələsində yarışacaqsız. Bu amil sizin üçün müəyyən qədər rahatlıq yaradırmı?

- Rahatlıq yaratdığını deməzdim. Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Çünki Avropa Liqasının qrup mərhələsinə artıq vəsiqə qazanmışıq. Buna görə də, yaxşı nəticə qazanıb, yeni mərhələdə mübarizə aparmalıyıq. Yalnız bu haqda düşünürük. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.