İdman

"Transfer pəncərəsi" açılana kimi əzab çəkəcəyik" - Zaur Svanadze

19 Avqust 2017 23:02
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çətin görüş oldu. İlk hissədə yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik".

Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının II turunda "Qarabağ"ın qonağı olan paytaxt təmsilçisi 0:1 hesablı məğlubiyyətlə üzləşib.
 
Matçdan sonra mətbuat konfransı keçirən Svanadze bunları deyib: "İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun meydana çıxması matçın gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Uşaqlar var qüvvələri ilə çalışdılar. Buna baxmayaraq, keçirdiyimiz ikinci oyunda da məğlub olduq".
 
- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, növbəti matçlarda komandaya psixoloji cəhətdən necə təsir edəcək?

- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdı.
 
- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdız. Bunun sizin üçün əhəmiyyəti varmı?

- Əlbəttə, "Qarabağ" və "Qəbələ"yə qarşı oynamaq asan deyil. İstəyərdik ki, startda başqa komadalarla qarşılaşaq. Artıq bu komandalarla oynadıq. Digər matçlarda xal qazanmaq şansımız var.
 
- "İnter"də bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutmuşdunuz. Bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiz?

- Keçən mövsümdə yaxşı futbolçularımız var idi. Bizim ehtiyat oyunçular skamyamız qısadı. Qışa kimi "İnter" üçün çox çətin olacaq. "Transfer pəncərəsi" açılana kimi əzab çəkəcəyik.
 
- Komandada maaş problemi olduğu halda, yeni transferlər etmək mümkün olacaq?

- Məncə, mümkün olacaq. Vəziyyət yavaş-yavaş düzələcək.
 
- Düşünmürsüz ki, rəqibdən fərqli, sizin əvəzetmələriniz komandaya kömək etmədi?

- Əvəzetmələrin oyuna ciddi təsir etdiyini düşünmürəm.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.