İdman

Millimizin rəqibində itki

19 Avqust 2017 16:42
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç milli komandası Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Milli.Az-ın goal.az-a istinadən məlumatına görə, İngiltərənin "Hull City" klubunda forma geyinən Markus Henriksen 2 aylıq sıradan çıxıb.

O, Çempionşipin IV turunda "Vulverhempton"a 2:3 hesabı ilə uduzduqları ev oyununun ikinci hissəsində ayağından zədələnib. Həkimlər 25 yaşlı yarımmüdafiəçinin bərpa dövrünün 6 həftəyədək çəkəcəyini bildiriblər. Henriksen bu il ikinci dəfə xəsarət alıb. Orta sahə oyunçusu qışda yaşıl meydanlardan 3 ayadək kənarda qalmışdı.

Qeyd edək ki, Norveç millisi Azərbaycanla sentyabrın 1-də evdə, Almaniya ilə isə sentyabrın 4-də səfərdə üz-üzə gələcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.