İdman

Azarkeşlər UEFA-nı donuza bənzətdilər

19 Avqust 2017 14:01
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın "Legiya" klubunun azarkeşləri növbəti dəfə açdıqları bannerlə diqqət mərkəzinə düşüblər. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onlar bu dəfə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Legiya" - "Şerif" matçında xoreoqrafiya nümayiş etdiriblər. UEFA-nın emblemi əks olunan bannerdə donuz təsvir olunub və bu sözlər yazılıb:

"Və 35 min avro məbləğində cərimə gedir..."

Bu banner bir müddət öncə "Astana" ilə matçda Varşava qurbanlarına həsr edilmiş xoreoqrafiyadan sonra UEFA-nın kluba kəsdiyi 35 min avro cəriməyə cavabdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.