İdman

Yığmamız dünya çempionatına itki ilə yollanacaq

19 Avqust 2017 17:12
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatında çıxış edəcək kişi boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimiz Almaniyanın Hamburq şəhərində keçiriləcək mundiala itki ilə yollanacaq.

Boksçularımız lisenziya xarakteri daşıyan Avropa çempionatında mundiala 5 vəsiqə qazansa da, Almaniyada rinqə 4 idmançımız çıxacaq. Buna səbəb Abdulqadir Abdullayevin (91 kq) heyətdən kənar qalmasıdı.

Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. Bu üzdən də mundialda ölkəmizi Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.