İdman

"Bavariya" bitirdiyi yerdən davam edir - VİDEO

19 Avqust 2017 11:44
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Liqasının yeni mövsüm açılış matçında "Bavariya" "Bayern"ə 3-1 hesabı ilı qalib qəlib.

Milli.Az bildirir ki, son 5 ildir Bundesliqanın dəyişməz çempionu olan Münhen klubu bu qələbəni qazanmaq üçün çox çətinlik çəkməyib.

Matçı sürətlə başlayan ev sahibi komanda hələ 9-cu dəqiqədə qolu Nikolas Süle ilə tapıb. Gənc oyunçu qolu Rudi ilə birlikdə hazırladığı kombinasiya nəticəsində vurub.

"Bavariya"nın 2-ci qolu da çox gecikməyib. 18-ci dəqiqədə cərimə zarbəsində Tolisso başı ilə topu çərçivədən keçirməyi bacarıb və hesab 2:0 olub.

İlk hissə 2:0 bitdikdən sonra ikinci hissədə Robert Levandovski 52-ci dəqiqədə penalti qolu ilə hesabı 3:0 edib.

65-ci dəqiqədə Admir Mehmedi ilə təsəlli qolunu vuran "Leverkusen" aradakı fərqi 2 topa edndirib.

Qalan dəqiqələrdə isə hər iki komanda cəhd göstərsələr də, hesabı dəyişə bilməyiblər.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bayen Münhen 3 - 1 Bayern Leverkusen

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.