İdman

"Klubu alsam, ilk işim onu qovmaq olacaq"

18 Avqust 2017 17:55
0 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika qitəsinin ən varlı adamı sayılan Aliko Danqote "Arsenal" klubunu almaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 60 yaşlı nigeriyalı biznesmen özü açıqlama verib. 

"Arsenal"ın fanatı olduğunu bildirən Danqote London klubunu alacağı təqdirdə komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini deyib: "Klubun səhimlərini aldıqdan sonra birinci işim Arsen Vengeri qovmaq olacaq. Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra "Arsenal"ın sahiblərinə təklif göndərəcəyik".

Qeyd edək ki, "Forbes" jurnalı A. Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.