İdman

"Qalatasaray" "Yuventus"la razılığa gəldi - 4 milyon avroya

18 Avqust 2017 18:20
0 Şərh     Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" Kvadvo Asamoanın keçidiylə bağlı "Yuventus"la razılığa gəlib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə İstanbul təmsilçisinin yarımmüdafiəçinin keçidiylə bağlı Turin klubuyla razılığa gəldiyi qeyd edilib. Türklər Asamoanın transferi üçün A seriyası çempionuna 4 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu "Qalatasaray"da ilinə 2,4 milyon avro qazanacaq.

Asamoanın "Yuve"ylə müqavilə müddəti gələn ilin yayında bitəcək. Anlaşmanın tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.