İdman

"Real" Madridin oyunçusu millimizin oyunçusu ilə komanda yoldaşı oldu

18 Avqust 2017 11:38
0 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Xetafe" klubu Madrid "Real"ının qapıçısı Ruben Yanesi transfer edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin 23 yaşlı qolkiperlə 4 illik müqavilə imzalayan La Liqa təmsilçisi onu "Kadis"ə icarəyə göndərib.

Yanes qarşıdakı iki mövsümü məhz Sequnda Liqa təmsilçisində keçirəcək. Hansı ki, bu komandada Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov da çıxış edir.

"Real"ın yetirməsi olan ispaniyalı qapıçı ölkəsinin gənclərdən ibarət yığmasının da şərəfini qoruyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.