İdman

UEFA-dan Maksim Medvedevlə bağlı QƏRAR

17 Avqust 2017 18:09
5 Şərh     Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in UEFA-ya şikayət məktubu ünvanladığını xəbər vermişdik.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, danimarkalıların şikayəti ağdamlıların müdafiəçisi Maksim Medvedevlə bağlıdır.

Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub. "Kopenhagen" də bu iddia ilə UEFA-ya şikayət edib, Maksimin cəzalandırılmasını istəyib.

Lakin, UEFA "Kopenhagen"in bu iddiasını rədd edib. Nəticədə Maksim Medvedevə hər hansı bir cəza verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.