İdman

"Qarabağ"ın futbolçusu cəzalandırılmalıdır" - "Kopenhagen" rəsmisi

17 Avqust 2017 13:39
2 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epizodun təkrarına baxdıqdan sonra tam əmin olduq ki, hakim "Qarabağ"ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib.

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a uduzuduqları oyunda Ağdam klubunun kapitanı Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən "Kopenhagen" Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu iddia edir.

"Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik" - deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" bu komanda ilə avqustun 23-də  səfərdə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.