İdman

"Everton" transfer rekordunu təzələdi

17 Avqust 2017 18:33
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Everton" heyətini gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə "Swansea City"dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İngiltərə mətbuatının yazdığına görə bu transfer "Everton"a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da "göylər" ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Siqurdson daha əvvəl İngiltərədə "Riding", "Tottenham", Almaniyada isə "Hoffenheim"in şərəfini qoruyub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.