İdman

FİVB açıqladı: Azərbaycan dünyanın 24-cüsüdü

17 Avqust 2017 11:14
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iştirak etmədiyimiz Qran-prinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb. 

Belə ki, komandamız son 3 ildə aktivinə xal əlavə edə bilməsə də, mövqeyini qoruyub. Faiq Qarayevin yetirmələri 33 xalla dünyanın 24-cü millisidi.

Avro-2017-də rəqibimiz olacaq Almaniya və Polşa da yerini dəyişməyib. Onlar müvafiq olaraq, 64 xalla 13-cü və 39 xalla 22-cidi. Qrupumuzda yer alan digər komanda - Macarıstan isə 3 pillə irəliləyib. Aktivindəki xalların sayını 20-yə çatdıran rəqibimiz 30-cu yerə qalxıb.

Siyahıya Qran-pridə 4-cü olan Çin başçılıq edir. Onlar 330 xala malikdi. İkinci yerdə ABŞ (298), üçüncü pillədə Serbiya (272) qərarlaşıb. Qran-prinin qalibi Braziliya aktivinə 50 xal əlavə etsə də, 4-cü yerdə qalıb (230 xal).

Qeyd edək ki, yığmamız Avropa Voleybol Konfederasiyasının siyahısında isə 16-cıdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.