İdman

“Liverpul” və MOİK səfərdə sevindi, APOEL-dən inamlı qələbə

17 Avqust 2017 07:07
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.

Oyunlara Bakıda start verilib. "Qarabağ" Danimarka çempionu "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edib.

"Yanq Boyz"la MOİK arasında görüşdə də eyni hesab qeydə alınıb. İsveçrəlilərin uzatma dəqiqəsindəki avtoqol qonaqları sevindirib.

İlk oyun günü "Böyük beşlik" təmsilçilərinin dueli ilə əlamətdar olub. "Hoffenhaym" öz meydanında "Liverpul"a uduzub - 1:2. Bu, günün ən qollu qarşılaşması olub.

APOEL Kiprdə "Slaviya"nı 2:0 hesabı ilə məğlub edib. "Sportinq"lə "Styaua" arasında matçda isə hesab açılmayıb.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

15 avqust

"Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) - 1:0

Qol: Mahr Mədətov, 25

 APOEL (Kipr) - "Slaviya" (Çexiya) - 2:0

Qollar: De Kamargo, 2, Aloneftis, 10

"Hoffenhaym" (Almaniya) - "Liverpul" (İngiltərə) - 1:2

Qollar: Ut, 87 - Aleksander-Arnold, 35, Milner, 74

"Sportinq" (Portuqaliya) - "Styaua" (Rumıniya) - 0:0

"Yanq Boyz" (İsveçrə) - MOİK (Rusiya) - 0:1

Qol: Nuhu, 90+1-öz qapısına

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.