İdman

Boatenq millimizin üzvü ilə komanda yoldaşı olacaq

16 Avqust 2017 18:50
1 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt" klubu heyətinə yeni futbolçu qatmaq üzrədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi Kevin-Prins Boatenqlə ortaq məxrəcə gələ bilib. 

"Las-Palmas"la müqaviləsinə xitam verilən qanalı futbolçu Almaniyaya köçməyə razılaşıb. Boatenq yaxın günlərdə "Ayntraxt"la rəsmi müqaviləyə qol çəkəcək.

Tərəflər arasında 3 illik sözləşmənin imzalanacağı bildirilir.

Qeyd edək ki, Boatenq karyerası ərzində "Herta", "Tottenhem", Dortmund "Borussiya"sı, "Portsmut", "Milan" və "Şalke" klublarının da formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.