İdman

Ruslan irəlilədi

16 Avqust 2017 16:05
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan snayperləri də yer alıblar. 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini yaxşılaşdırıb. O, həm 10 m, həm də 25 m məsafəyə atəş açmada 1 rəqibini qabaqlayıb. Lunyov müvafiq olaraq, 28-ci və 10-cu pilləyə qalxıb.

10 m məsafəyə atəş açmada Nigar Nəsirova isə mövqeyini qoruyub. O, yenə də 58-cidi.

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.