İdman

“Qarabağ”ın legioneri azarkeşlərə səsləndi: "Fantastik ab-hava idi"

16 Avqust 2017 15:15
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"lə keçirilən ilk oyununda tribunaları dolduran azarkeşlərə təşəkkür edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunu qələbəyə səsləyən fanatlara minnətdarlığını sosial şəbəkədə bildirib. 

Belə ki, Jezniçak bununla bağlı feysbukda paylaşım edib: "Azarkeşlərimizə böyük təşəkkürlər. Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdınız".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasındakı cavab görüşü avqustun 23-də Danimarkada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.