İdman

Dünya çempionatıında iştirak edəcək qadın güləşçilərimizin adı açıqlandı

16 Avqust 2017 13:25
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qadın güləşi üzrə milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mundiala 7 pəhləvan yollanacaq. 

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) çıxış edəcəklər. Qadın güləşçilər avqustun 7-dən Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında Ukraynanın yığma komandası ilə birgə hazırlıqları davam etdirirlər. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qeyd edək ki, dünya çempionatında ilk olaraq 71 kq, 75 kq, 85 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Avqustun 22-də 59 kq, 66 kq, 80 kq və 130 kq-da yunan-Roma güləşçiləri, avqustun 23-də 55 kq, 58 kq, 63 kq və 75 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəkili qadın güləşçilər çıxış edəcəklər. 57 kq, 61 kq, 86 kq və 125 kq çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın son günündə isə sərbəst güləş üzrə 65 kq, 70 kq, 74 kq və 97 kq çəki dərəcəsində pəhləvanlar yarışacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.