İdman

Venger ümidlidir: "İnanıram ki, onunla müqaviləni yeniləyəcəyik"

16 Avqust 2017 18:20
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" aparıcı oyunçuları - Aleksis Sançes Məsut Özillə yeni müqavilə bağlamağa müvəffəq olmayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, uzun müddəti danışıqlar getməsinə baxmayaraq, bu məsələ həllini tapmır. "Arsenal"ın baş məşqçisi Arsen Venger də məsələ ilə bağlı açıqlama verib. O, bu futbolçularla yeni müqavilə bağlayacaqlarına hələ də inandığını bildirib:

"Biz Sançesi həmişə komandada saxlamağa çalışmışıq. Hələ də inanıram ki, onunla müqaviləni yeniləyəcəyik. O cümlədən, Məsut Özil və Oksleyd-Çemberlenlə də yeni müqavilə bağlanacağına inanıram".

Bu futbolçuların hər üçünün müqaviləsi 2018-ci ilin yayında başa çatır. Bir müddət əvvəl məlumat yayılmışdı ki, Sançes Parisə gedərək PSJ ilə müqavilənin şərtlərini müzakirə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.