İdman

Bolt "Mançester Yunayted"də "Barselona"ya qarşı oynayacaq

16 Avqust 2017 12:22
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur yamaykalı atlet Useyn Bolt "Mançester Yunayted"in heyətinə cəlb edilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Bolt xeyriyyə oyununda meydana çıxacaq. Xeyriyyə qarşılaşmasında "Mançester Yunayted" "Barselona" ilə üz-üzə gələcək.

Bolt Pol Skoulz, Qari Nevill, Edvin van der Sar və digər əfsanələrlə bir komandada oynayacaq. Qarşılaşma sentyabrın 2-də keçiriləcək.

Çılğın futbol azarkeşi kimi tanınan Bolt MY-in fanatıdı. O, Londonda keçirilən dünya çempionatından sonra karyerasını bitirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.