İdman

Avro-2017: Serblər ölkəmizə Azərbaycan çempionu ilə gəlirlər

16 Avqust 2017 18:11
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçulardan ibarət Serbiya millisinin ilkin heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zoran Terziç Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün 16 oyunçu sifariş edib. 

Artıq hazırlığa başlayan serblər avqustun 30-da hazırlığı yekunlaşdırıb, yoxlama matçlarına üstünlük verməyi planlaşdırırlar. Onların heyəti isə belədi:

Toppaylayıcılar: Ana Antoniyeviç, Boyana Jivkoviç, Sladyana Mirkoviç.
Hücumçular: Ana Bjelitsa, Tiyana Boskoviç, Slaçana Malaqurski, Brankitsa Mixayloviç, Tiyana Maleşeviç, Byanka Buşa, Boyana Milenkoviç.
Liberolar: Yelena Blaqoyeviç, Teodora Puşiç.
Blokçular: Milena Raşiç, Stefana Velkoviç, Yovana Stevanoviç, Mina Popoviç.

Serbiya Avro-2017-nin oyunlarını Göygöldə keçirəcək. Onlar Çexiya, Hollandiya və Belçika ilə birgə D qrupunda yer alıblar. 

Qeyd edək ki, Sladyana Mirkoviç son mövsümü "Telekom"da keçirib. Bakı təmsilçisi ilə Azərbaycan çempionu olan toppaylayıcı yeni mövsümdən Polşa "Ximik"ində oynayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.