İdman

Azərbaycan çempionu Türkiyə klubu ilə anlaşdı

16 Avqust 2017 18:58
0 Şərh     Baxış: 1 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərreyl"in sabiq baş məşqçisi Bülənt Karslıoğlu özünə yeni iş yeri tapıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2016-cı ildə "dəmoryolçular"la çempion olan türkiyəli mütəxəssis karyerasını vətənində davam etdirəcək. 

O, 1 illik istirahətdən sonra "Nümunə" ilə çalışmağa qərar verib. Karslıoğlu məşqçilik karyerasına başladığı I liqa klubu ilə 2017/2018 mövsümü üçün müqavilə bağlayıb.

Qeyd edək ki, 2011-2016-cı illərdə Azərbaycanda işləyən Karslıoğlu "İqtisadçı" və "Lokomotiv" klublarında da çalışıb. O, həmçinin kişilərdən ibarət yığmamızın baş məşqçisi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.