İdman

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər müəyyənləşdi - Toğrul siyahıda yoxdu

15 Avqust 2017 13:10
1 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, mundialda bu növ üzrə 7 pəhləvan çıxış edəcək. Baş məşqçi Firdovsi Umudov Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborova (97 kq) şans verəcək. 125 kq çəki dərəcəsindəki Cəmaləddin Məhəmmədov isə zədəli olduğu üçün yarışa aparılmayacaq.

Yunan-Roma güləşi üzrə 8 pəhləvanımız yollanacaq. Baş məşqçi Şaban Donat Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (90 kq) və Sabah Şəriətiyə (130 kq) şans verməyi qərara alıb.

Qeyd edək ki, dünya çempionatı avqustun 21 - 26-da Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, avqustun 21-22-də yunan-Roma, 23-24-də isə qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.