İdman

"Yuventus"un arzusu ürəyində qaldı

16 Avqust 2017 07:35
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Andre Qomeşi almaq istəyən "Yuventus"un arzusu həyata keçməyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mundo Deportivo" Kataloniya klubunun portuqaliyalı futbolçunu satmaqdan imtina etdiyini yazıb.

Baş məşqçi Ernesto Valverde rəhbərliklə söhbətində Qomeşin ona lazım olduğunu bildirib. Bundan sonra "Barselona" qarşı tərəfin təklifini rədd edib. Futbolçu özü də karyerasını hazırkı komandasında davam etdirmək istədiyini bildirib.

Qeyd edək ki, 2016-cı ildən "Barcelona"da çıxış edən Andre Qomeş 47 oyunda 3 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.