İdman

Messidən "El-klassiko" rekordu

14 Avqust 2017 17:22
2 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya superkubokunda keçirilən "Barselona" - "Real" oyununda (1:3) Lionel Messi yeni rekord müəyyənləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın qolunu vuran Messi İspaniya futbolunun tarixində yeni rekorda imza atıb. Bu, argentinalının "Real"ın qapısına vurduğu 24-cü qol olub. Buna qədər rekord "Atletiko"nun əfsanəsi Telmo Sarriyə məxsus idi - 23 qol.

Messi karyerası ərzində "Real"a qarşı 35 oyun keçirib. O, "kral klubu"nun qapısına 16 dəfə İspaniya çempionatında, 6 dəfə superkubokda, 2 dəfə isə Çempionlar Liqasında yol tapıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.