İdman

Reytinq açıqlandı: Rüstəmov mövqeyini qorudu, Heydərov irəlilədi

14 Avqust 2017 17:13
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünya çempionatı ərəfəsində müəyyənləşən siyahını Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğurlu saymaq mümkündü. 

Belə ki, cüdoçularımızdan Rüfət İsmayılovla (81 kq) Tural Səfquliyev (90 kq) 3, Nəzakət Əzizova (52 kq) 2, Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Aişə Qurbanlı (48 kq) 1 pillə irəliləyiblər. Onlar yeni cədvəldə müvafiq olaraq, 17-ci, 13-cü, 56-cı, 7-ci, 5-ci və 35-ci yerdədi.

Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və İrina Kindzerska (+78) isə mövqelərini qoruyublar. Bu cüdoçular müvafiq olaraq, yenə 6-cı, 42-ci, 2-ci, 3-cü və 18-cidi.

Onlardan fəqrqli, Elmar Qasımovla (100 kq) Uşanqi Kokauri (+100 kq) 1 və Məmmədəli Mehdiyev (90 kq) 2 rəqibini özündən irəli buraxıb. Bu idmançılara gəlincə, Qasımov 5-ci, Kokauri 21-ci və Mehdiyev 16-cı yerə enib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.