İdman

Ronaldu Messinin jestini təkrarladı - FOTO

14 Avqust 2017 11:34
8 Şərh     Baxış: 1 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Kriştianu Ronaldu "Barselona"nın qapısına qol vurduqdan sonra Lionel Messinin jestini təkrarlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Nou Kamp"da keçirilən İspaniya Superkubokunun ilk qarşılaşmasının 80-ci dəqiqəsində Ronaldu "Real"ın 2-ci qolunu vurub. O, qol vurduqdan sonra formasını çıxararaq, onu tribunalara nümayiş etdirib.

Ötən mövsüm İspaniya çempionatının 33-cü turunda "Santyaqo Bernabeu"da keçirilən oyunda "Barselona"nın qələbə qolunu vuran Lionel Messi də bu jesti etmişdi. Həmin oyunda "Barsa" 3:2 hesabı ilə qalib gəlmişdi.

Superkubokun ilk qarşılaşmasında isə "Real" qalib gəlib - 3:1. Ronaldu qırımızı vərəqə alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.