İdman

"El-klassiko" həyəcanını 2 cəbhədə yaşayan 10 futbolçu - FOTO

13 Avqust 2017 20:04
0 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın və dünyanın böyük maraqla izlədiyi - "el-klassiko" həyəcanını hər 2 komanda ilə yaşayan futbolçuların sayı az deyil.

Milli.Az goal.az-a istinadən sözgüdən futbolçularla tanış edir:

1. Gənc yaşlarında "Barselona"ya dəvət alan Xavyer Savyola "katalonlar" tərəfindən "Monako" və "Benfika"ya icarəyə verilməsinin ardından "Real Madrid"ə satıldı. Beləliklə də, keçmiş komandasına qarşı oynamaq imkanı qazandı.

2 PSV Eindhoven ilə Avropa futboluna ayaq basan Braziliyalı Ronaldo 1 mövsüm "Barselona" forması geyindikdən sonra, İtaliya "İnter"i ilə 4 illik müqavilə imzalamışdı. 2002-ci ilə yenidən İspaniyaya qayıdan fenomen bu dəfə "Katalonlar"ın əzəli rəqibi ilə anlaşdı.

3. 5 mövsüm "Barselona" forması geyinən Luiş Fiqunun sensasiyalı şəkildə "Real"a keçməsi bimənalı qarşılanmamışdı. Portuqaliyalı "katalon" azarkeşlər tərəfindən uzun müddət qınanmışdı.

4. Rumıniyanın əfsanəvi futbolçusu George Hacı isə "kral klubu"nu 2 ildən sonra İspaniyaya qayıtdıqda "Barselona"ya dəyişib.

5. "Barselona"nın yetirməsi olan Albert Celades 4 il bu klubun formasını geyinib. Daha sonra "Celta Vigo" ilə razılığa gələn futbolçu, ordan da "Real"a keçmişdi.

6. Millimizin hazırki baş məşqçisi Robert Prosineçki 3 il formasını geyindiyi "Real"ı "Barselona"ya dəyişmişdi. Xorvat futbolçu "Katalon" klubuna keçməzdən əvvəl "Real Oviedo"nun da formasını geyinib.

7. "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike futbolçu karyerasının 5 ilini "Real"da keçirdikdən sonra "Barselona" ilə razılığa gəlir və bu klubun əfsanəsinə çevrilir.

8. Danimarka futbolunun ən vacib adlarından olan Maykl Laudrupun "Barselona"da 5 möhtəşəm mövsüm keçirməsi də "Real"a keçidinə mane ola bilməmişdi.

9. Gənc yaşlarında "kral klubu"na transfer olunan Samuel Etonun işləri uğurlu alınmayanda "Mallorca"ya keçmişdi. Daha sonra "Barsa"ya gələn Eto, şöhrətə də burda çatmışdı

10. Alman futbolçu Bernd Şuster 8 il formasını geyindiyi "Barselona"nı "Real"a dəyişincə, çoxsaylı tənqidlərə məruz qalmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.