İdman

Ramil Quliyev bu dəfə medal qazana bilmədi - VİDEO

13 Avqust 2017 16:09
1 Şərh     Baxış: 2 881

Londonda keçirilən atletika üzrə dünya çempionatında 4x100 metr bayraq yarışının finalı keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Türkiyə millisinə bu növdə uğursuz çıxış edib və 7-ci yer tutub.

Türkiyəni Ramil Quliyev, Yiğitcan Həkimoğlu, Cek Ali Harvey və Əmrə Zəfər Barnes təmsil edib. 3 gün öncə 100 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev bu dəfə medalsız qalıb.

Qızıl medalı Böyük Britaniya, gümüş medalı ABŞ və bürünc medalı isə Yaponiya qazanıb.

Qeyd edək ki, yarışda məşhur atlet Useyn Bolt karyerasının son yarışına çıxıb. Lakin, o, zədələnərək final xəttinə çata bilməyib və Yamayka millisi də medaldan kənarda qalıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ramil Quliyev bu dəfə medal qazana bilmədi

Şərh yaz:

1 Şərh:

  • Anonim
    t · 13 Avqust 18:0320

    Dunya cempionatlarinda yaxwi yerler tuturlar bular.Amma olimpiya oyunlarinda hec onluga duwmurler Niye goresen?Arxayinciliq olur deyesen,ele bilirler bulardan yoxduda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.