İdman

Özil "Barselona"ya transfer olunmaq istəyir

13 Avqust 2017 16:50
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsud Özil gələn mövsüm komandadan ayrılmaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 28 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunda İspaniyanın "Barselona" klubuna transfer olunmaq istəyir. Futbolçunun hazırkı komandası ilə müqaviləsinin gələn il bitəcəyi və onun yeni sözləşməni qəbul etmədiyi bildirilir. Arda Turanla yollarını ayırmağa yaxın olan katalonların bu transfer istəyini müsbət qarşıladığı qeyd edilib.

Xatırladaq ki, M.Özil 2013-cü ildə İspaniyanın "Real Madrid" komandasından "Arsenal"a transfer olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.