İdman

Arazdan debüt oyununda gözəl qol - VİDEO

13 Avqust 2017 10:06
1 Şərh     Baxış: 2 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin üzvü Araz Abdullayev yeni klubu "Anortosis"da ilk oyununu keçirib.

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, 25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstanın "Aris" klubuna qarşı oynayıb.

1:1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub. Millimizin yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.

Qeyd edək ki, ilk oyununda qol vuran Abdullayevi Kipr klubu dünən matçdan əvvəl ictimaiyyətə təqdim etmişdi. Müqavilə ilə "Qəbələ"yə məxsus olan futbolçu Famaqusta təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Arazdan debüt oyununda gözəl qol

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.