İdman

Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyib - FOTO

13 Avqust 2017 08:51
1 Şərh     Baxış: 1 263

İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının doqquzuncu günündə kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı oynanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.

Budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanan Bolt fəal idman həyatı ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 13 Avqust 16:0200

    Sən kralsan Hüseyn.Uşaqlıqda balet etdiyimiz ulduzların biri də söndü....Qocalırıq e...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.