İdman

Erməni baş məşqçi azərbaycanlı futbolçunun çıxış etdiyi klubdan istefa verib

13 Avqust 2017 08:24
1 Şərh     Baxış: 2 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aleksandr Qriqoryan Rusiyanın "Anji" klubunun baş məşqçi postundan istefa verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 50 yaşlı mütəxəssis qərarını Premyer Liqanın VI turunda Moskva "Dinamo"suna 1:3 hesablı ev məğlubiyyəti ilə nəticələnən oyundan sonra açıqlayıb.

Erməni baş məşqçi qərarını ardıcıl məğlubiyyətlərlə əlaqələndirib. "Anji" ilk 6 tur ərzində cəmi 1 qələbə qazandığı halda, qalan 5 matçda uduzub. Hazırda Mahaçqala təmsilçisi 3 xalla 16 komanda arasında 15-cidir.

Qeyd edək ki, "Anji"də Moskva "Spartak"ından icarəyə götürülmüş əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də forma geyinir. O, "Dinamo" ilə görüşün 61-ci dəqiqəsindən sonra meydanda olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.