İdman

Neymarın debüt edəcəyi oyun müəyyənləşdi

12 Avqust 2017 12:39
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neymarın PSJ-yə keçidiylə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Fransa Futbol Federasiyası braziliyalı hücumçunun keçidiylə bağlı olan bütün sənədləri qaydasına salıb. Fransa Liqa 1-in ilk turunu transfer işlərinin tam tamamlanmamasına görə buraxan Neymar 2-ci turda baş məşqçi Unay Emeri şans verəcəyi halda, Paris klubunda debüt edəcək.

PSJ Liqa 1-in 2-ci turunda səfərdə "Guingamp"la qarşılaşacaq. Matç avqustun 13-də, saat 23:00-da keçiriləcək. 

Xatırladaq ki, Neymar yay transfer pəncərəsində "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.