İdman

Mükafatçılar üz-üzə - YENİLƏNİR

12 Avqust 2017 08:28
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci günündə "İnter"lə "Qəbələ" qarşılaşacaq.

Ötən mövsümün mükafatçıları "İnter Arena"da üz-üzə gələcək. Avropa Liqasında çıxışını başa vuran komandalar yeni mövsümdə ilk xallarını qazanmağa çalışacaq.

Paytaxtdakı görüş əcnəbi mütəxəssislər Zaur Svanadze və Roman Qriqorçukun növbəti dueli ilə əlamətdar olacaq. Qarşılaşmanı FİFA hakimi Ömər Paşayev idarə edəcək.

Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda "Neftçi" öz meydanında "Qarabağ"a uduzub - 0:3.

Azərbaycan Premyer Liqası

I tur

12 avqust (şənbə)

20:00. "İnter" - "Qəbələ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"İnter Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.