İdman

Arda Turan Türkiyə millisinə qayıtdığını rəsmən açıqladı

11 Avqust 2017 14:08
0 Şərh     Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Arda Turan yenidən Türkiyə millisində çıxış edəcəyini açıqlayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "İnstaqram"dakı rəsmi səhifəsində bununla bağlı paylaşım edib. 

Arda bildirib ki, Kosova yığmasına qarşı rəsmi oyundan öncə yaşanan hadisələrə görə yığmadan ayrılmışdı. Lakin Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və millinin yeni baş məşqçisi Mirça Luçesku ondan bu qərarı yenidən nəzərdən keçirməyi istəyiblər.

Turan bəyan edib ki, bundan sonra Luçesku uyğun gördüyü zaman yenidən qürurla millinin formasın geyməyə hazırdı: "Qarşıdakı 4 oyunluq çətin müddətdə və gələcəkdə istənilən şərtlər altında komanda yoldaşlarımın yanında olmaq istədiyimi ictimaiyyətə bəyan edirəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.