İdman

Tarixdə 4-cü nəticə

10 Avqust 2017 14:06
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisi FİFA reytinqində 79-cu pillədə qərarlaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız bununla da tarixinin 4-cü göstəricisinə imza atıb. 

Belə ki, komandamız FİFA reytinqinin 23 illik tarixində yalnız 3 dəfə daha yüksək pillədə qərarlaşıb. Sonuncu belə uğurumuz cəmi iki ay öncə yaşanıb.

Bu ayın iyununda Robert Prosineçkinin yetirmələri planetin 76-cısı idi. Ardınca 80-ci pilləyə yuvarlanan komandamız 1 addımlıq irəliləyişə nail olub.

Millimizin tarixində ən yüksək nəticə isə 73-cü pillədi. Komandamız 2013-cü il iyul və avqust aylarında 73-cü sırada qərarlaşmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.