İdman

Güləşçilərimizin maaşı ödənildi

10 Avqust 2017 11:37
1 Şərh     Baxış: 2 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinə son 14 ay ərzində maaşların verilmədiyi barədə xəbər vermişdik. 

Milli.Az dsport.az-a istinadən xəbər verir ki, güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.

Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.