İdman

"Yuventus"un yeni 10 nömrəsi

10 Avqust 2017 18:58
1 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"da 10 nömrəli formanın yeni sahibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yeni mövsümdən 10 nömrəli forma ilə komandanın hücumçusu Paulo Dibala çıxış edəcək. O, ötən mövsüm 21 nömrəli forma geyinirdi.

Qeyd edək ki, son olaraq 10 nömrə ilə ötən il "Mançester Yunayted"ə transfer olunan Pol Poqba oynayıb.

Xatırladaq ki, "Yuventus"da vaxtilə Omar Sivori, Alessandro Del Pyero, Roberto Baco və Mişel Platini də 10 nömrəli formanı geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.