İdman

Zidan: "Ronaldunun ehtiyatda qalması taktiki gediş idi"

9 Avqust 2017 11:15
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan super kubok oyununda "Mançester Yunayted" üzərindəki 2-1 hesablı qələbəni şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis nəticədən məmnunluğunu ifadə edib:

"Biz yaxşı iş çıxardıq və buna görə çox şadıq. Matçın ilk yarısında biz möhtəşəm idik. İkinci yarı nisbətən çətin keçdi. Topla çox oynadıq. Bu da normal idi. Biz yeni mövsümə titulla və yüksək əhvalla başlayırıq"

Zidan Ronaldonun ehtiyatda qalmasının da səbəbini açıqlayıb: "Ronaldunu ehtiyatda saxlamaq çətin olmadı. Çünki bu taktiki gediş idi. Onun bizim yanımızda olması lazım idi. 3 gündür komanda ilə məşq edirdi, hər şey qaydasındadır. Ronaldo qarşıdakı oyunlar barədə düşünür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.